
İtaliyanın köklü klublarından olan “Napoli” rəhbərliyi komandanın baş məşqçi postu ilə bağlı yekun qərarını verib.
Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, klub rəsmiləri sükan arxasına təcrübəli mütəxəssis Massimiliano Allegrininin gətirdiyini elan ediblər. Məlumata görə, 58 yaşlı məşqçi ilə 30 iyun 2029-cu ilə qədər qüvvədə olacaq 3 illik rəsmi müqavilə imzalanıb.
Massimiliano Allegri İtaliya futboluna yaxından bələd olan, zəngin karyeraya sahib bir mütəxəssisdir. O, bu vaxta qədər ölkənin “Milan” və “Yuventu”s kimi bir neçə iddialı klubda baş məşqçi funksiyasını yerinə yetirib. Karyerası ərzində böyük uğurlara imza atan italyan mütəxəssis “Milan” ilə bir, “Yuventus” ilə ibeş dəfə çempionluq sevinci yaşayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

