Coratda iki nəfər batıb, birinin meyiti tapılıb

Baş səhifə

Bakı.Trend:

Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə
məntəqəsindən 900 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər
batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti
məlumat yayıb.

“Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət
və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb
olunub.




Dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ
xilasetmə əməliyyatı nəticəsində 2004-cü il təvəllüdlü Yarıyev
Murad Azad oğlu xilas edilib, 1 nəfərin isə meyiti (qadın cinsli)
suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, – deyə
FHN-dən əlavə edilib.

Qeyd edək ki, ötən həftə Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə
məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə batan 4 nəfər
(kişi cinsli) batıb.

Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət edərək,
çimərliklərlə bağlı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə
çağırır, o cümlədən küləkli hava şəraitində dənizə girməyin,
qeyri-çimərlik ərazilərdə çimməyin təhlükəsini, xilasedicilərin
çağırış və tələblərinə sözsüz əməl etməyin vacibliyini bir daha
xatırladır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir