“Tarqovı” küçə zəbt edilib? – Açıqlama

Baş səhifə

Bakı. Trend:

Səbail Rayon İcra Hakimiyyəti paytaxtın mərkəzində piyada
yolunun gül dibçəkləri ilə məhdudlaşdırılması ilə bağlı yayılan
görüntülərə münasibət bildirib.

Qurumun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,
sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsi aidiyyəti qurumun
müvafiq icazə sənədi əsasında mövsümi ticarət fəaliyyəti
göstərir.




İcra Hakimiyyətindən qeyd edilib ki, görülmüş müvafiq tədbirlər
nəticəsində gül dibçəkləri ilə zəbt edilmiş ərazi əvvəlki
vəziyyətinə qaytarılıb.

Qeyd edək ki, journalist Vyaçeslav Sapunov sosial şəbəkə
hesabında Bakıda Əbdülkərim Əlizadə küçəsində (“Tarqovı” kimi
tanınan ərazi) yerləşən piyada yolunun gül dibçəkləri vasitəsilə
daraldıldığı, bunun da piyadaların hərəkətində çətinlik yaratdığı
barədə fotolar paylaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir