
Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2 avqust 2026-cı il
tarixində BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı
keçiriləcək.
Bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in
portalında “Şəxsi kabinet”lərini (şəxsi
kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul
hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından
(ətraflı məlumat https://epayment.dim.gov.az/
saytında verilib) istifadə etmək olar.
“Şəxsi
kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən
sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında
müvafiq olaraq “Dövlət qulluğuna qəbul
üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat”
xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin
ödədiyi məbləğ geri qaytarılımır.
Test imtahanında iştirak etmək üçün qeydiyyat 3 iyul saat
17:00-dan 23 iyul saat 18:00-dək aparılacaq.

