Axtarışda olan şəxs Azərbaycana ekstradisiya ediləcək

Baş səhifə

Bakı. Trend:

Baş Prokurorluğun Monteneqro Respublikasının Ədliyyə Nazirliyinə
sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin
təqdimatından sonra aparılan danışıqlar nəticəsində Podqoritsa Ali
Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının vətəndaşı
Süleymanov Hidayət Nemət oğlunun sadələşdirilmiş ekstradisiya
proseduru əsasında ölkəmizə təhvil verilməsinə razılıq verilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhər polis idarəsi tərəfindən istintaqı
aparılan cinayət işi üzrə Hidayət Süleymanov özgənin əmlakını
etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək
məqsədi ilə özünü vəzifəli şəxs kimi təqdim edərək zərərçəkmişin
anasının adına olan torpaq sahəsində ev tikintisi və dövlət
orqanlarından icazələr daxil olmaqla bütün işlərin görüləcəyi
barədə yalan vəd verib aldadıb və zərərçəkmiş şəxsə xeyli miqdarda
ziyan vurmaqla dələduzluq etməsinə əsaslı şübhələr müəyyən
edilib.




Bu səbəbdən Hidayət Süleymanovun dələduzluq cinayət əməlini
törətməkdə təqsirləndirilməsinə dair qərar qəbul olunub və o,
istintaqdan yayınaraq gizləndiyinə görə Bakıda İnterpolun Milli
Mərkəzi Bürosu vasitəsilə barəsində beynəlxalq axtarış elan edilib,
keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Monteneqro
ərazisində müəyyən edilərək saxlanılıb.

Hazırda Hidayət Süleymanovun ölkəmizə gətirilməsi istiqamətində
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər
görülür.

Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici
ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına
gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən
İnterpol ilə sıx əməkdaşlığı davam etdirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir