Paytaxtda daha iki küçədə hərəkət məhdudlaşdırılacaq (FOTO)

Baş səhifə

Bakı. Trend:

Paytaxtda daha iki küçədə təmir işləri ilə əlaqədar nəqliyyatın
hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycn Avtomobil Yolları Dövlət Agentliyinin
Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Abbasqulu ağa Bakıxanov küçəsi (Azadlıq
prospektindən Ceyhun Hacıbəyli küçəsinədək) iyulun 3-ü saat
21:00-dan iyulun 6-sı saat 06:00-dək yol tam bağlanacaq.




Nazim Hikmət küçəsi (Mətbuat prospektindən Abbas Mirzə Şərifzadə
küçəsinədək) iyulun 5-i saat 07:00-dan
iyulun 7-si saat 23:00-dək yol tam bağlanacaq.

Sürücülərdən təmir işləri aparılan müddətdə alternativ
marşrutlardan istifadə etmələri, müvəqqəti yol nişanlarının və
hərəkətin təşkili ilə bağlı tənzimləyici vasitələrin tələblərinə
əməl etmələri xahiş olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir