Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu

Baş səhifə

Bakı.Trend:

Cari ilin iyun ayında “Google Chrome” Azərbaycanda 80,28 faiz
bazar payı ilə istifadəçilər arasında ən populyar internet brauzeri
olaraq liderliyini qoruyub saxlayıb.

“Global Stats” Statistika Mərkəzinin məlumatına görə, “Google
Chrome”un bazar payı əvvəlki ayla müqayisədə 0,76 faiz bəndi
azalıb.

Bu dövrdə “Safari” internet brauzerinin Azərbaycan bazarındakı
payı 7,07 faiz təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1,18
faiz bəndi azdır.




Siyahıda növbəti yeri “Firefox” internet brauzeri tutub. Belə
ki, onun Azərbaycan bazarındakı payı 2,45 faiz bəndi artaraq 5,04
faizə yüksəlib.

Hesabat dövründə “Samsung” Internet brauzerinin bazar payı 1,16
faiz bəndi artaraq 4,56 faizə çatıb, “Opera” brauzerinin payı isə
0,79 faiz bəndi azalaraq 1,04 faiz təşkil edib.

“Edge” internet brauzerinin bazar payı da hesabat dövründə 0,07
faiz bəndi artaraq 1,51 faizə yüksəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir