Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb

Baş səhifə

Bakı. Trend:

İstanbuldan İraqa doğru hərəkət edən sərnişin avtobusu Türkiyədə
qəzaya uğrayıb, nəticədə 40 nəfər xəsarət alıb.

Hadisə Ankaranı Niğdə ilə birləşdirən magistral yolun Aksaray
şəhəri yaxınlığından keçən hissəsində qeydə alınıb.




İlkin məlumatlara əsasən, sürücünün idarəetməni itirməsi
nəticəsində avtobus yoldan çıxaraq aşıb. Nəticədə avtobusda olan 37
sərnişin, iki sürücü və bələdçi müxtəlif dərəcəli bədən xəsarətləri
alaraq Aksaraydakı tibb müəssisələrinə yerləşdiriliblər.

Məlumata görə, xəsarət alanlar arasında uşaqlar da var.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir