
Bakı. Trend:
ABŞ-nin Miçiqan ştatında yerləşən “Fairlane Mall” ticarət
mərkəzində atışma baş verib.
Atışma anının qeydə alındığı görüntülər sosial şəbəkələrdə
paylaşılıb.
Hadisə şahidlərinin sözlərinə görə, bir neçə nəfər güllə yarası
alıb.
Hadisə yerinə çox sayda polis və təcili yardım əməkdaşları cəlb
olunub.

