
Bakı. Trend:
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə
dünya çempionatında 1/16 final mərhələsinin daha bir oyunu
keçirilib.
Avstraliya millisi Misir yığması ilə üz-üzə gəlib. Matçın əsas
vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da tarazlıq
pozulmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada
daha dəqiq (4:2) oynayan Misir komandası 1/8 finala yüksəlib.
Afrika təmsilçisi növbəti raundda Argentina – Kabo-Verde cütünün
qalibi ilə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 02:00-da
başlayacaq.
1/16 finalın son matçı isə Kolumbiya və Qana yığmaları arasında
olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 05:30-da start
götürəcək.
Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş,
Norveç, Fransa, Meksika, İngiltərə, Belçika, ABŞ, İspaniya,
Portuqaliya və İsveçrə milliləri 1/8 finala vəsiqə qazanıblar.

