Venesuelada zəlzələ qurbanlarının sayı 2645 nəfərə çatıb

Baş səhifə

Bakı. Trend:

Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların
sayı 2645 nəfərə yüksəlib.

Bu barədə ölkənin İnformasiya və Kommunikasiya Nazirliyi məlumat
yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində 12 min 666 nəfər
yaralanıb, 15 min 50 nəfər evsiz qalıb. Zəlzələ zamanı 189 bina
tamamilə dağılıb, 885 bina isə ciddi zədələnib.




Axtarış-xilasetmə əməliyyatları çərçivəsində 6462 nəfər xilas
edilib. Ümumilikdə 20 min 909 nəfərə xəstəxana və digər tibb
müəssisələrində tibbi yardım göstərilib. Bundan əlavə, 86 min 117
ailəyə humanitar yardım çatdırılıb, zərərçəkənlərə 9486 ton ərzaq
paylanılıb.

Xatırladaq ki, iyunun 24-ü axşam saatlarında Venesuelada
təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki zəlzələ
qeydə alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir