Ukrayna ballistik raket istehsalının həcmini artıracaq – Zelenski

Baş səhifə

Bakı. Trend:

Ukrayna ballistik raketlərin və hava hücumundan müdafiə
sistemlərinin hazırlanması, sınaqları və istehsalını daha sürətli
həyata keçirməyi planlaşdırır.

Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “Telegram”
kanalında paylaşım edib.

O bildirib ki, müdafiə-sənaye kompleksinin fəaliyyəti geniş
şəkildə təhlil olunub və bunun nəticəsində raket proqramının
inkişafını sürətləndirmək məqsədilə bir sıra mühüm qərarlar qəbul
edilib.

“Raket proqramımız üzərində çalışan, xüsusilə də Ukraynanın
ballistik raketləri və raket əleyhinə müdafiə sistemlərinin
yaradılmasına töhfə verən bütün mütəxəssislərə minnətdaram”, – deyə
Zelenski qeyd edib.




Prezidentin sözlərinə görə, keçirilən müşavirədə beynəlxalq
tərəfdaşlardan hava hücumundan müdafiə vasitələrinin hansı müddətdə
və hansı həcmdə çatdırılacağı da müzakirə mövzusu olub.

Zelenski vurğulayıb ki, yaxın günlərdə Ukrayna diplomatlarının
əsas məqsədi ölkənin şəhərlərinin müdafiəsini gücləndirmək üçün
əlavə hava hücumundan müdafiə sistemlərinin əldə edilməsinə nail
olmaq olacaq.

“Qarşıdakı günlərdə bütün diplomatik səylərimizin, görüş və
danışıqlarımızın əsas istiqaməti Ukrayna üçün əlavə hava hücumundan
müdafiə sistemlərinin təmin edilməsi olacaq”, – deyə o əlavə
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir