DÇ-2026: Messi qol vurdu, Argentina 1/8 finala keçdi

Baş səhifə

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha bir oyunu keçirilib.

Modern.az xəbər verir ki, Argentina millisi Kabo Verde yığması ilə üz-üzə gəlib.

Mayami stadionunda keçirilən 1/16 final mərhələsinin matçında “tanqoçular” 3:2 hesablı qələbəyə seviniblər.

Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Argentinanın heyətində Lionel Messi (29), Kabo Verdedə Deroy Duarte (59) fərqləniblər.

Əlavə vaxtda isə Cənubi Amerika təmsilçisinin qolları Lisandro Martines (92) və Dineyin (111-öz qapısına) adlarına yazılıb. Afrikalıların əlavə hissədəki qolunu Sidni Kabral (103) vurub.

Argentinanın 1/8 finaldakı rəqibi Misir seçməsi olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir