Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başa çatdı

Baş səhifə

Bakı.Trend:

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) N hərbi hissəsində bir qrup hərbi
vəzifəlinin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı
başa çatıb.

Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidməti məlumat
yayıb.

Bildirilib ki, səfərbərlik tədbirlərinin yerinə yetirilməsi
ardıcıllığına uyğun olaraq qəbul məntəqəsində hərbi vəzifəlilər
qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra onların işgüzar
və mənəvi-psixoloji keyfiyyətləri öyrənilib, hərbi uçot ixtisası
üzrə bölüşdürülüb, bütün növ təminatlarla təmin ediliblər.




Şəxsi heyətlə məsuliyyətliliyin formalaşdırılması istiqamətində
maarifləndirici söhbətlər aparılıb, onlara hərbi nizamnamələrin və
müvafiq qanunvericiliyin tələbləri, eləcə də təhlükəsizlik
qaydaları çatdırılıb.

Toplanış çərçivəsində günün nizam qaydalarına uyğun fəaliyyətlər
icra olunub, müasir döyüşün xüsusiyyətlərinə uyğun ümumqoşun və
ixtisas hazırlıqları üzrə məşğələlər keçirilib, atıcı silahlardan
və əl qumbaraatanlarından praktiki atış çalışmaları yerinə
yetirilib.

Təlimin sonunda toplanış müddətində fərqlənənlər
həvəsləndirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir