
Bakı. Trend:
İran Hörmüz boğazı ilə bağlı ciddi xəbərdarlıq edib.
Bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi
“X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Hörmüz boğazı regiondan kənar güclərin hərbi nümayişi üçün
meydan deyil. İran Hörmüz boğazının təhlükəsizliyinə zəmanət verən
və məsuliyyətli bir güc olarq bu həssas keçiddə istənilən hərbi
hərəkətlə bağlı xəbərdarlıq edir”, – deyə o bildirib.
Nazir müavini əlavə edib ki, Hörmüz boğazının təhlükəsizliyi
sahilyanı dövlətlərə aiddir. Gərginlik yaradan tərəflər özləri
məsuliyyət daşıyacaqlar. Bu ciddi xəbərdarlıqdır.
Qeyd edək ki, İran Hörmüz boğazının iki sahilyanı dövlət olaraq
Oman və İran tərəfindən idarə olunmasını və müxtəlif xidmətlər
qarşılığında vəsaitin ödənməsini istəyir.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb.
Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti
Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə
minib.
21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan
və Qətərin vasitəçiliyi ilə baş tutub.

