Yasamalda evdə partlayış baş verib – 16 yaşlı yeniyetmə həlak olub

Baş səhifə

Bakı.Trend:

Bakının Yasamal rayonunda yerləşən yaşayış evində baş verən
partlayış zamanı 2010-cu il təvəllüdlü yeniyetmə həlak olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat
yayıb.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri,
Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində
partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından
Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb
edilib.

Əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı
ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində yanğınla müşayiət
olunan partlayışın baş verdiyi müəyyən edilib.




Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın
genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi
250 kvadratmetr olan evin birinci mərtəbəsində yerləşən iki otağın
yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.

Hadisə zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xilasedicilər tərəfindən 2010-cu il təvəllüdlü vətəndaşın meyiti
çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir