Pezeşkian Paşinyanla görüşdü – ona xəbərdarlıq etdi

Baş səhifə

Tehran-İrəvan münasibətləri xarici qüvvələrin müdaxiləsi olmadan inkişaf etməlidir.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdə bəyan edib.

İran prezidenti bildirib ki, iki ölkə arasında əlaqələrin gücləndirilməsi həm Tehranın, həm də İrəvanın maraqlarına uyğundur və regionda xarici aktorların mövcudluğu mövcud problemləri daha da mürəkkəbləşdirir.

Paşinyan isə tərəflər arasında nəqliyyat, tranzit, gömrük, ticarət və iqtisadi sahələri əhatə edən geniş ikitərəfli əməkdaşlıq sazişinin tezliklə yekunlaşacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, Ermənistanda Avropa Monitorinq Missiyası fəaliyyət göstərir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir