
Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp ölkəsinin heç vaxt kommunist dövlətə
çevrilməyəcəyinə əmin olduğunu bildirib.
Ağ Ev rəhbəri bunu Cənubi Dakota ştatındakı Raşmor dağı
yaxınlığında ABŞ-nin 4 İyul – Müstəqillik Günü münasibətilə
keçirilən tədbirdə çıxışı zamanı deyib
“Amerika heç vaxt kommunist ölkə olmayacaq. Siz ya Karl Marksa
sadiq ola bilərsiniz, ya da Amerikaya. Ya kommunist ola bilərsiniz,
ya da vətənpərvər. Hər ikisi eyni anda mümkün deyil”,-deyə o
bildirib.
Trampın sözlərinə görə, ABŞ-də “kommunist təhlükəsinin
dirçəlişi” müşahidə olunur və bu təhlükə, o cümlədən ölkəyə yeni
gələnlərdən qaynaqlanır.

