Güclü maqnit qasırğası başlayıb

Baş səhifə

Bakı.Trend:

Yerdə güclü maqnit qasırğası başlayıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar
İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Mütəxəssislər iyulun 4-ə keçən gecədən başlayan maqnit
qasırasğının gücünü G3 səvisyyəsində müəyyən edib.




Alimlər qeyd edirlər ki, bu, 2026-cı ilin əvvəlindən bəri ikinci
ən güclü maqnit qasırğasıdır. Bundan əvvəl 19-21 yanvar
tarixlərində G4 səviyyəli maqnit qasırğası baş vermişdi.

Maqnit qasırğası Günəşdə baş verən alışmalar və tac kütlə
atılmaları nəticəsində Yerin maqnit sahəsində yaranan müvəqqəti
pozuntudur. Belə hadisələr peyk rabitəsinə, GPS sistemlərinə, radio
əlaqəsinə və elektrik şəbəkələrinə təsir göstərə, həmçinin yüksək
enliklərdə qütb parıltılarının daha geniş ərazilərdə müşahidə
olunmasına səbəb ola bilər. Maqnit qasırğalarının intensivliyi
beynəlxalq miqyasda G1-dən (zəif) G5-ə (ekstremal) qədər təsnif
edilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir