Slovakiyada referendum keçirilir

Baş səhifə

Bakı.Trend:

Slovakiyada Baş nazir Robert Fitsonun ömürlük dövlət
ödənişlərindən məhrum edilməsi ilə bağlı referendum keçirilir.

“TA-3” telekanalının məlumatına görə, səsvermə məntəqələri yerli
vaxtla 07:00-dan (Bakı vaxtı ilə 09:00) etibarən açılıb və 22:00-a
(Bakı vaxtı ilə 00:00) kimi fəaliyyət göstərəcək.

Referendumda respublikada yaşayan 5,4 milyon vətəndaşın təxminən
4,3 milyonu iştirak edəcə biləcək. Telekanal, hazırda məntəqələrdə
aşağı seçici fəallığının müşahidə olunduğunu bildirir.




İyun ayının sonunda “İpsos” sosioloji agentliyi tərəfindən
keçirilmiş ictimai rəy sorğusunun nəticələrinə əsasən, referendumda
aşağı seçici fəallığına görə baş tutmaya bilər. Sosioloqların
hesabalamarına görə, referendumda seçki hüququ olan slovakların
yalnız 26,5 faizi iştirak etmək niyyətində olub.

Baş nazir üçün ömürlük ödənişlərin ləğvi ilə bağlı məsələdən
əlavə, vətəndaşlar dövlət orqanlarının strukturunda Xüsusi
Prokurorluğun və Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyin
yenidən yaradılması barədə də mövqelərini bildirəcəklər. Həmin
qurumlar Fitso hökuməti tərəfindən ləğv edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir