İstanbul nəhəngi “Arsenal”ın kapitanını transfer etmək istəyir

Baş səhifə

Bakı. Trend:

“Arsenal”ın kapitanı Martin Edeqor karyerasını Türkiyə Super
Liqasında davam etdirə bilər.

“Qalatasaray” norveçli yarımmüdafiəçini transfer etmək istəyir.
Bu barədə “Fanatik” nəşri məlumat yayıb.

İstanbul nəhənginin rəhbərliyi Edeqorun meneceri Byorn Kvarme
ilə müzakirələr aparıb. Danışıqların müsbət istiqamətdə getdiyi
bildirilir.




27 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə PSJ və “Bavariya”da
maraqlanır.

Qeyd edək ki, “Arsenal” Martin Edeqoru 2021-ci ilin yanvarında “Real”dan transfer edib. Norveç millisinin üzvü 2025/26 mövsümündə
London təmsilçisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 36
rəsmi matçda 1 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun
klubla müqaviləsi 20028-ci ilin 30 iyun tarixində başa çatır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir