
Bakı. Trend:
Laçın rayonunun bir neçə kəndinə intensiv dolu düşüb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 4-ü saat
15:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, saat 14:07-14:11 radələrində Laçın rayonunun
Şəlvə, Qovuşuq, Vəlibəyli kəndlərinə intensiv yağışla birlikdə
diametri 8-10 mm olan dolu düşüb.

