​Göyçayda motosiklet anidən alışaraq yandı –

Baş səhifə

Göyçayda motosiklet anidən alışaraq yanıb.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə saat 16:00 radələrində rayonun Potu kəndi ərazisində yerləşən çimərlik mərkəzinin birində qeydə alınıb.

Vətəndaşa məxsus “Tufan M50” markalı motosiklet anidən alışaraq külə dönüb. İlkin verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi müəyyən deyil. Vətəndaşın sözlərinə görə, o, motosikleti hadisədən 2 gün əvvəl yeni almışdı.

Sözügedən görüntüləri təqdim edirik:

Davud Tarverdiyev / Metbuat.az


You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir