Çində benzin kəskin ucuzlaşıb

Baş səhifə

Bakı.Trend:

Çin şənbə günündən etibarən benzin və dizel yanacağının
pərakəndə satış qiymətlərini müvafiq olaraq hər ton üçün 950 yuan
(təxminən 238 manat) və 915 yuan (təxminən 229 manat)
azaldacaq.

“Sinxua” agentliyinin məlumatına görə, bu, ardıcıl üçüncü qiymət
endirimi olmaqla yanaşı, son altı ilə yaxın dövrdə ən kəskin
ucuzlaşmadır. Bu barədə Çinin İnkişaf və İslahatlar üzrə Dövlət
Komitəsi məlumat yayıb.




Qiymətlərin endirilməsi Yaxın Şərqdə gərginliyin azalması və
Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasından sonra dünya
bazarında neft qiymətlərinin enməsi ilə əlaqələndirilir.

Ekspertlərin hesablamalarına görə, minik avtomobili sahibləri
çənlərini tam doldurarkən təxminən 40 yuan (10 manat), yük
avtomobili sürücüləri isə 400 yuana (təxminən 100 manat) qədər
vəsaitə qənaət edə biləcəklər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir