
Bakı. Trend:
Mərakeş milli komandası futbol üzrə dünya çempionatında 1/4
finala vəsiqə qazanıb.
1/8 final mərhələsində Kanada ilə qarşılaşan Afrika təmsilçisi
3:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksələn ilk komanda
olub.
Mərakeş yığmasının heyətində Azzedin Unahi 50-ci və 82-ci
dəqiqələrdə dubl edərək komandasının üstünlüyünü təmin edib.
Qarşılaşmada son nöqtəni isə 90+8-ci dəqiqədə Sofyan Rahimi
qoyub.
Mərakeş 1/4 finalda Paraqvay – Fransa cütünün qalibi ilə üz-üzə
gələcək.

