ABŞ tezliklə Marsa pilotlu uçuş təşkil edə biləcək – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ yaxın vaxtlarda Marsa pilotlu uçuş həyata keçirə
biləcək.

Bu barədə ABŞ prezidenti Donald Tramp ABŞ-nin Müstəqillik
Bəyannaməsinin imzalanmasının 250 illiyi münasibətilə Vaşinqtonda
keçirilən tədbirdə çıxışı zamanı bildirib.

“Biz çox yaxın zamanda Marsa gedəcəyik”, – deyə Tramp
vurğulayıb.




O əlavə edib ki, əvvəlcə Ay missiyası həyata keçiriləcək, daha
sonra isə Marsa uçuş reallaşdırılacaq.

“Fikrimcə, biz Aya çatacağıq və bundan sonra irəliləyəcəyik.
Sonra isə Marsa yollanacağıq”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp həmçinin xatırladıb ki, onun prezidentliyinin ilk dövründə
administrasiyasının təşəbbüsü ilə ABŞ Kosmik Qüvvələri
yaradılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir