DÇ-2026-nın bombardirlər yarışında lider dəyişdi – SİYAHI

Baş səhifə

DÇ-2026-nın 1/8 final mərhələsində dünən keçirilən Fransa – Paraqvay oyunundan sonra mundialın bombardirlik yarışında dəyişiklik olub. Fransa millisinin hücumçusu Kilian Mbappe Paraqvayın qapısına vurduğu qoldan sonra bombardirlik yarışında yenidən liderliyə yüksəlib. 

Modern.az xəbər verir ki, Mbappe hesabındakı qolların sayını 7-yə çatdıraraq 1-ci yerdə gedir. Onun 2 qol ötürməsi də var.

İkinci pillədə olan Argentina millisinin hücumçusu Lionel Messinin də 7 qolu var. Amma Messinin qol ötürməsi yoxdur.

1.Kilian Mbappe (Fransa) – 7 qol, 2 ötürmə

2. Lionel Messi (Argentina) – 7 qol

3. Erlinq Haaland (Norveç) – 5 qol

4. Harri Keyn (İngiltərə) – 5 qol

5. Usman Dembele (Fransa) – 4 qol, 2 ötürmə

Xatırladaq ki, Dünya Çempionatının sonunda ən çox qol vuran futbolçuya “Qızıl buts” mükafatı veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir