Türkiyədə naməlum dron

Baş səhifə

Türkiyənin şimalında, Qara dəniz sahilində yerləşən Filyos şəhərində hərbi təyinatlı olduğu ehtimal edilən pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb. 

Modern.az xəbər verir ki, aparat yerli sakinlər tərəfindən aşkarlanıb.

Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Əraziyə çoxsaylı polis dəstələri, xüsusi xidmət orqanlarının əməkdaşları və istehkamçılar cəlb olunub.

Hazırda mütəxəssislər tapılan PUA-nın mənşəyini və texniki xüsusiyyətlərini müəyyənləşdirmək üçün genişmiqyaslı araşdırmalara başlayıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir