
Bakı. Trend:
Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından
laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı artaraq
492-yə çatıb.
Bu barədə ölkənin Rabitə və KİV İşləri üzrə Nazirliyi gündəlik
bülletenində məlumat yayıb.
Ötən sutka ərzində daha 19 nəfər dünyasını dəyişib. Yoluxanların
ümumi sayı 1 528 nəfər təşkil edir ki, bu da iyulun 4-ü ilə
müqayisədə 26 nəfər çoxdur. Ölüm göstəricisi 32.2% olaraq
qiymətləndirilir.
Qeyd edək ki, Ebola qızdırmasının hazırkı alovlanması mayın
15-də KDR-in şərqində və Uqandada başlayıb. Epidemiyanın episentri
Konqonun İturi əyalətində yerləşir.

