Fransız futbolçu “Real”da qalacaq

Baş səhifə

Bakı. Trend:

“Real”ın yarımmüdafiəçisi Orelyen Çuameni “Mançester Yunayted”
və “Liverpul”un xüsusi marağına baxmayaraq, “Los Blancos”da
qalacaq.

Komandanın baş məşqçisi Joze Mourinyo gələn mövsüm Çuameniyə
əsas heyətdə müntəzəm yer vermək niyyətindədir.




“Real” əvvəllər Enzo Fernandes və Rodri kimi oyunçuları nəzərdən
keçirərək yarımmüdafiəni gücləndirmək üçün variantları
araşdırmışdı, lakin bu addımlar uğursuz olduğu üçün Orelyen
üzərində qalıblar. 26 yaşlı futbolçunun “Real”la müqavilə müddəti
2028-ci il iyunun 30-a qədərdir.

O, “Bordo” və “Monako” klublarının da formasını geyinib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir