FIFA ABŞ millisinin futbolçusuna güzəşt edib

Baş səhifə

Bakı. Trend:

Dünya çempionatının 1/16 final mərhələsinin Bosniya və
Herseqovina ilə matçında qırmızı vərəqə alan ABŞ millisinin
futbolçusu Folarin Baloqan Belçika yığmasına qarşı 1/8 final
matçında meydana çıxa biləcək.

Bu barədə FIFA-nın rəsmi saytında bildirilib.

Bildirilib ki, 25 yaşlı hücumçunun 1 oyunluq diskvalifikasiyası
dayandırılıb. Forvarda 1 illik sınaq müddəti təyin edilib.




Baloqan Bosniya və Herseqovinaya 2:0 hesabı ilə qalib gəldikləri
görüşdə rəqib futbolçu Tarik Muharemoviçin topuğuna açıq ayaqla
zərbə endirdiyi üçün meydandan qovulmuşdu.

Qeyd edək ki, ABŞ – Belçika oyunu iyulun 7-də keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir