Britaniya XİN əməkdaşlarının məxfi məlumatları oğurlanaraq satışa çıxarılıb

Baş səhifə

Bakı. Trend:

Hakerlər Böyük Britaniya Xarici İşlər Nazirliyi (XİN)
əməkdaşlarının elektron poçt ünvanlarına daxil olaraq onların
hökumət hesabı və parol məlumatlarınıələ keçiriblər.

Bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Bildirilib ki, haker hücumu nəticəsində Tailand və Mavrikidəki
səfirliklər də daxil olmaqla, ölkədən kənarda çalışan XİN
əməkdaşlarının etimadnamələri ifşa olunub.




Cinayətkarlar, həmçinin İngiltərənin Derbişir qraflığında və
Londonun Uoltem Forest rayonunda Bələdiyyə Şurası işçilərinin
hesablarına da giriş əldə ediblər.

Qəzet etimadnamələrin darknetdə 60 min ABŞ dollarına satışa
çıxarıldığını bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir