Braziliya dünya çempionatı ilə vidalaşdı

Baş səhifə

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.

Modern.az xəbər verir ki, Braziliya millisi Norveçlə qarşılaşıb. Nyu-Yorkdakı “MetLayf” stadionunda oynanılan görüş Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Norveçin heyətində hər iki qolu Erlinq Holann vurub. “Sambaçılar”ın qoluna isə penaltidən Neymar fərqlənib.

Bununla da Braziliya millisi mundialda mübarizəni dayandırıb. Norveç isə 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Norveç növbəti raundda İngiltərə – Meksika cütünün qalibi ilə qarşılaşacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir