
Bakı.Trend:
5 iyul 2026-cı il tarixində keçirilən II və III ixtisas qrupları
üzrə qəbul imtahanında istifadə edilən test tapşırıqlarının düzgün
cavabları və izahları açıqlanıb.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Məlumata əsasən, imtahan iştirakçıları, valideynlər, müəllimlər
və ekspertlər II və III ixtisas qrupları üzrə bütün test tapşırıqlarının
izahları, həmçinin qapalı və kodlaşdırıla bilən
açıq tipli sualların düzgün cavabları ilə müvafiq hiperkeçidlər
vasitəsilə tanış ola bilərlər.
Qeyd edilib ki, yazılı cavab tələb edən açıq tipli tapşırıqların
yoxlanılması müəyyən vaxt apardığından imtahan nəticələrinin
təxminən iki həftə sonra elan olunması planlaşdırılır.

