
Şuşa.Trend:
Etnik və dini mənsubiyyətə görə ayrıseçkilik rədd
edilməlidir.
Trend-in tədbirdə
iştirak edən müxbiri xəbər verir ki, bunu Şuşada keçirilən “Mədəni
və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar”
mövzusunda beynəlxalq konfrans zamanı Mədəni və Etnik Müxtəliflik
Mərkəzinin sədri Seyfəddin Hüseynli (Səfərov) deyib.
“2025-ci il iyunun 27-də Yekaterinburq şəhərində üç qardaşım və
bir neçə yaxın qohumum Rusiya hüquq-mühafizə orqanlarının əsassız
hücumuna məruz qaldı. Rusiya hüquq-mühafizə orqanlarının
əməkdaşları qəfil onların evlərinə basqın etdilər. Ailə üzvlərinin,
o cümlədən qadın və uşaqların gözü qarşısında onlar dözülməz
işgəncələrə və amansız rəftara məruz qaldılar. Qardaşlarım – Hüseyn
Səfərov və Ziyəddin Səfərov işgəncələr nəticəsində həlak oldular.
Digər qardaşım Bəkir Səfərov, eləcə də Ayaz, Akif, Kamal Səfərov və
digər şəxslər hazırda da Yekaterinburqda həbsdə saxlanılırlar.
Onlara qarşı nümayiş xarakterli məhkəmə prosesləri təşkil olunub və
nəticədə 10 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzaları ilə
bağlı əsassız hökmlər çıxarılıb”, – deyə Seyfəddin Hüseynli
bildirib.
O vurğulayıb ki, mədəni və etnik müxtəliflik, tolerantlıq hər
bir dövlət üçün sərvət hesab edilməli, etnik və dini mənsubiyyətə
görə ayrıseçkilik isə qəti şəkildə rədd olunmalıdır.
Qeyd edək ki, Şuşada “Mədəni və etnik müxtəliflik: tarixin
dərsləri, müasir çağırışlar” mövzusunda beynəlxalq konfrans
keçirilir.
Konfrans “Mədəni və Etnik Müxtəliflik Mərkəzi” İctimai Birliyi
tərəfindən “İpək Yolu” Mədəni-Tarixi Araşdırmalar İctimai Birliyi
ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub.
Konfransda Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya,
Almaniya, İsrail, Türkiyə və Gürcüstandan nümayəndələr iştirak
edirlər.

