Hindistanda bina çöküb, azı 6 nəfər ölüb

Baş səhifə

Hindistanın Mumbay şəhərində leysan yağışların yaratdığı fəsadlar nəticəsində yaşayış binası çöküb, nəticədə azı 6 nəfər ölüb.

NDTV xəbər verir ki, hadisə şəhərin şərqində yerləşən Mankhurd rayonunda baş verib.

Məlumata görə, üçmərtəbəli bina yaxınlıqdakı həyət evlərin üzərinə aşıb.

Dağıntılar altından bir neçə yaralı çıxarılaraq xəstəxanaya çatdırılıb, axtarış işləri davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir