
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malavi
Respublikasının Prezidenti Artur Piter Mutarikayatəbrik məktubu
ünvanlayıb.
Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc
edilib. Məktubda qeyd olunub:
“Hörmətli cənab Prezident,
Malavi Respublikasının milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və
Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, Azərbaycan-Malavi əlaqələri xalqlarımızın
mənafelərinə uyğun olaraq bundan sonra da dostluq məcrasında
inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost
xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

