Baş Prokurorluq Gürcüstanda öldürülən Fatimə ilə bağlı açıqlama yaydı

Baş səhifə

Bakı.Trend:

Gürcüstanın Tbilisi şəhərində Azərbaycan Respublikasının
vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi faktı ilə bağlı
həmin ölkənin prokurorluq orqanları tərəfindən başlanmış cinayət
işinin ibtidai istintaqı diqqətlə izlənilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda cinayət əməlini törətməkdə şübhəli
bilinən şəxsin – zərərçəkmişin qohumunun barəsində müvafiq
prosessual tədbirlər görülməkdə, onun saxlanılması və cinayət
məsuliyyətinə cəlb olunmasının təmin edilməsi istiqamətində zəruri
tədbirlər həyata keçirilir.




Hadisənin ictimai əhəmiyyəti, habelə zərərçəkmişin Azərbaycan
Respublikasının vətəndaşı olması nəzərə alınaraq, Azərbaycan
Respublikasının Baş Prokurorluğu tərəfindən Gürcüstan
Prokurorluğuna rəsmi müraciət ünvanlanıb, cinayət işinin tam,
hərtərəfli və obyektiv araşdırılması, bütün halların
qanunvericiliyin tələblərinə uyğun şəkildə müəyyən edilməsi, habelə
zərurət yarandığı təqdirdə beynəlxalq hüquqi əməkdaşlıq
çərçivəsində istintaqa hərtərəfli hüquqi yardımın və digər zəruri
dəstəyin göstərilməsinə hazır olunduğu bildirilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bir daha bildirir
ki, Azərbaycan vətəndaşlarının həyat və sağlamlığına, habelə digər
qanunla qorunan hüquq və mənafelərinə qarşı törədilən cinayət
əməllərinə münasibətdə prinsipial mövqe tutur və belə halların ölkə
hüdudlarından kənarda baş verməsindən asılı olmayaraq onların hüquq
və qanuni mənafelərinin müdafiəsini daim diqqət mərkəzində
saxlayır.

Bu məqsədlə xarici dövlətlərin səlahiyyətli orqanları ilə
beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində qarşılıqlı hüquqi
yardımın göstərilməsi, cinayətlərin tam və obyektiv araşdırılmasına
dəstək verilməsi istiqamətində zəruri tədbirlər bundan sonra da
ardıcıl şəkildə davam etdiriləcəkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir