Yasamalda evdə partlayış nəticəsində yaralananların vəziyyəti açıqlandı

Baş səhifə

Bakı.Trend:

İyulun 4-ü Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində
yerləşən yaşayış evində partlayış nəticəsində yaralanan şəxslərin
sağlamlıq vəziyyəti açıqlanıb.

Bu barədə TƏBİB-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, xəsarət alan 3 nəfərin (2 qadın, 1 kişi)
Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicəsi
davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir. Hadisə baş
verən ərazidən keçərkən xəsarət alaraq Kliniki Tibbi Mərkəzə
yerləşdirilən 1 nəfər (qadın) isə ambulator müalicə üçün evə
buraxılıb.




Qeyd edək ki, yanğın nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi
sahəsi 250 kvadratmetr olan evin birinci mərtəbəsində yerləşən iki
otağın yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.

Hadisə zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xilasedicilər tərəfindən 2010-cu il təvəllüdlü vətəndaşın meyiti
çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir