Çərkəz mədəniyyəti yox olmaq təhlükəsi ilə üz-üzədir – Litvalı ekspert

Baş səhifə

Şuşa. Trend:

Bu gün çərkəz mədəniyyəti mütəmadi təqiblərə məruz qalır və yox
olmaq təhlükəsi ilə üz-üzədir.

Trend-in tədbirdə
iştirak edən müxbiri xəbər verir ki, bunu Litva Media
Assosiasiyasının direktoru, Litva Seyminin sabiq deputatı Gintaras
Sonqayla Şuşada keçirilən “Mədəni və etnik müxtəliflik: tarixdən
dərslər, müasir çağırışlar” mövzusunda beynəlxalq konfransda
deyib.

Onun sözlərinə görə, XIX əsrdə çərkəzlərin 90 faizi soyqırımına
məruz qalıb, onların tarixi vətəni dağıdılıb, özləri isə müxtəlif
ölkələrə didərgin düşüblər.

“Bu gün çərkəz mədəniyyəti mütəmadi təqiblərə məruz qalır və yox
olmaq təhlükəsi ilə üz-üzədir. Bildiyimə görə, Litva Respublikası
yaxın gələcəkdə Rusiya imperiyasının çərkəz xalqına qarşı törətdiyi
soyqırımını tanıyacaq. Bunun nəticəsində Litva BMT çərçivəsində
çərkəzlərin tarixi vətəninin tanınması məsələsini qaldıra biləcək.
Rusiya imperializm siyasətindən imtina etməli və öz əməllərinə görə
məsuliyyət daşımalıdır”, – deyə o bildirib.




Qeyd edək ki, Şuşada “Mədəni və etnik müxtəliflik: tarixin
dərsləri, müasir çağırışlar” mövzusunda beynəlxalq konfrans
keçirilir.

Konfrans “Mədəni və Etnik Müxtəliflik Mərkəzi” İctimai Birliyi
tərəfindən “İpək Yolu” Mədəni-Tarixi Araşdırmalar İctimai Birliyi
ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub.

Konfransda Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya,
Almaniya, İsrail, Türkiyə və Gürcüstandan nümayəndələr iştirak
edirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir