Cəmilə Qurbanova vəzifəsindən azad olundu –

Baş səhifə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Fazil qızı Qurbanova tutduğu vəzifədən azad edilib.

Metbuat.az demokrat.az-a istinadən xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin əmri ilə Cəmilə Qurbanova iyunun 3-dən etibarən “Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu” publik hüquqi şəxsin (PHŞ) direktoru vəzifəsindən azad olunub.

Nazirliyin məlumatına görə, hazırda institut direktorunun vəzifəsinin icrası baş həkim Xuraman Bağırovaya həvalə edilib.

Səhiyyə Nazirliyi vəzifədən azad olunmanın səbəbi ilə bağlı əlavə məlumat verməyib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir