
Bakı.Trend:
Mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə
başlayıb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)
Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, nəqliyyat vasitələrinin hərəkətinin
məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektlərinə,
istirahət məkanlarına və parklanma məntəqələrinə əlçatanlığın təmin
edilməsi məqsədilə ödənişsiz şatllar istifadəyə verilib.
“Yeni şatllardan biri – C1 nömrəli mikroavtobus Xaqani bağı ilə
Zərifə Əliyeva küçəsinin sonunu, C2 nömrəli mikroavtobus isə Sabir
bağı ilə Əziz Əliyev küçəsinin sonunu əlaqələndirir. Şatllar
sərnişinlərin rahat və operativ hərəkətini təmin etmək üçün 7-10
dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir”,-deyə agentliyin
Mətbuat xidmətindən bildirilib.
AYNA-nın Mətbuat xidmətindən qeyd edilib ki, istifadəyə verilən
şatllar ekoloji cəhətdən təmiz nəqliyyat vasitələridir və şəhərdə
dayanıqlı mobillik prinsiplərinin təşviqinə xidmət edir.
Qeyd edək ki, istifadəyə verilən şatllar bu mərhələdə yalnız
həftəsonları, bayram günləri saat 12:00-dan 00:00-dək
çalışacaq.

