Köklü xalqların hüquqlarının nəzərə alınmaması tarixdə dərin izlər buraxır – çərkəz agentliyi

Baş səhifə

Şuşa.Trend:

Köklü xalqların hüquqlarının nəzərə alınmaması tarixdə dərin
izlər buraxır.

Trend-in tədbirdə
iştirak edən müxbiri xəbər verir ki , bunu Şuşada keçirilən “Mədəni
və etnik müxtəliflik: tarixdən dərslər, müasir çağırışlar”
mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Müstəmləkəçiliyin müasir formaları: xalqlara faciə, köləlik və
iztirab gətirən əməllər” mövzusunda panel müzakirəsində Litvadakı
Ümumdünya Çərkəz Agentliyinin həmtəsisçisi və sədri Fatimat
Kardanova deyib.

“Köklü xalqların hüquqlarına məhəl qoyulmaması və onların zorla
unifikasiyasına yönəlmiş cəhdlər tarixdə dərin izlər buraxır və
bütün xalqlara ağır travmalar yaşadır. Bunun ən bariz
nümunələrindən biri çərkəz məsələsidir. Bu gün çərkəzlərin 90
faizdən çoxu öz vətənindən kənarda yaşayır. Bəzi statistik
məlumatlara görə, onların cəmi 10 faizi doğma yurdunda qalıb”, –
deyə o bildirib.

Kardanova bu mühüm beynəlxalq platformanın yaradılmasına görə
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinə təşəkkür edib. Onun
sözlərinə görə, bu konfrans böyük bir prosesin başlanğıcı hesab
oluna bilər.

“Azərbaycan Qafqazın yerli xalqlarının tarixi və milli yaddaşına
həsr olunan beynəlxalq forumların keçirilməsi üçün mühüm
platformaya çevrilə bilər. Çərkəzlər çərkəz dilinin və
mədəniyyətinin qorunması məsələsində Azərbaycandan dəstək
gözləyirlər. Bu dil və mədəniyyət hazırda Rusiyanın təzyiqi ilə
üzləşir”, – deyə o əlavə edib.

Qeyd edək ki, Şuşada “Mədəni və etnik müxtəliflik: tarixin
dərsləri, müasir çağırışlar” mövzusunda beynəlxalq konfrans
keçirilir.

Konfrans “Mədəni və Etnik Müxtəliflik Mərkəzi” İctimai Birliyi
tərəfindən “İpək Yolu” Mədəni-Tarixi Araşdırmalar İctimai Birliyi
ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub.

Konfransda Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya,
Almaniya, İsrail, Türkiyə və Gürcüstandan nümayəndələr iştirak
edirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir