
Braziliya yığmasının ulduz futbolçusu Neymar milli komanda karyerasını başa vurduğunu açıqlayıb.
Metbuat.az xəbər verir ki, 2026-cı il dünya çempionatının 1/8 finalında Braziliyanın Norveçə 1:2 hesabı ilə məğlub olmasından sonra göz yaşlarını saxlaya bilməyən təcrübəli futbolçu yığma ilə vidalaşıb. Neymar emosional açıqlamasında, “Çalışdım. Çalışdım… Elə burada, bu stadionda başladım və burada bitirirəm. Bitdi.” – deyə bildirib.
Qeyd edək ki, 34 yaşlı Neymar Braziliya millisinin tarixində ən çox qol vuran futbolçu kimi karyerasını yekunlaşdırıb. O, yığmanın heyətində keçirdiyi 130 oyunda 80 qol, 59 məhsuldar ötürmə ilə yadda qalıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

