
Şuşa. Trend:
Şuşada Mədəni və Etnik Müxtəliflik Mərkəzi İctimai Birliyinin
təşkilatçılığı, “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai
Birliyinin tərəfdaşlığı ilə keçirilən “Mədəni və etnik müxtəliflik:
tarixin dərsləri, müasir çağırışlar” adlı beynəlxalq konfrans
çərçivəsində musiqi proqramı nümayiş etdirilib.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, proqramda “Qarabağ şikəstəsi”,
“Şuşanın dağları”, bir sıra çərkəz musiqiləri tanınmış sənətkarlar
tərəfindən ifa olunub.
Qeyd edək ki, bu gün Şuşada “Mədəni və etnik müxtəliflik:
tarixin dərsləri, müasir çağırışlar” adlı beynəlxalq konfrans işə
başlayıb. Konfransa 10 ölkədən vətəndaş cəmiyyəti nümayəndələri
qatılıb, bura Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya,
Almaniya, İsrail, Türkiyə və Gürcüstan daxildir.

