Bakıda avtobus yanıb

Baş səhifə

Bakı.Trend:

Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal
Kompleksinin yaxınlığında avtobusda yanğın baş verib.

Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

“Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin tərəfindən avtobusda baş vermiş yanğın
genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə
söndürülüb.




Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb.

Xəsarət alan olmayıb.

Bilavasitə yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə
olunub”,-deyə nazirliyin Mətbuat xidmətindən bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir