
Bakı.Trend:
Bu gün Azərbaycandan tranzit keçməklə Rusiya mənşəli propan qazı
Ermənistana göndəriləcək.
Dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən tranzit keçərək
Ermənistana 30 vaqon propan qazı çatdırılması nəzərdə tutulur.
Belə ki, Rusiya mənşəli propan qazı bu gün Biləcəri
stansiyasından yola salınacaq.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan
tranzit keçməklə 35 min tondan çox taxıl, 8 min tona yaxın gübrə,
133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit
göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan
çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac
olunub.
Xəbər yenilənəcək

