Ermənistanda 70-dən çox ünvanda axtarış aparılır

Baş səhifə

Hazırda Ermənistanda istintaq çərçivəsində 70-dən çox ünvanda eyni vaxtda axtarış aparılır.

Bu barədə “Armenpress” Ermənistan İstintaq Komitəsinə istinadən məlumat yayıb.

Komitənin məlumatına görə, əməliyyat tədbirləri İstintaq Komitəsinin icraatında olan onlarla cinayət işi üzrə aparılan araşdırmalar çərçivəsində həyata keçirilir.

İstintaq Komitəsi “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyanın evində axtarış aparılmasına dair məlumatı təsdiqləyərək qeyd edib ki, cinayət işi üzrə zəruri istintaq və prosessual hərəkətlər davam etdirilir. Hələlik axtarışların səbəbi və cinayət işlərinin mahiyyəti barədə əlavə məlumat verilməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir