
Şuşa.Trend:
Çərkəz icmasının hədəfi xalqlar arasında dayanıqlı sülhün
bərqərar olmasıdır.
Trend-in tədbirdə
iştirak edən müxbiri xəbər verir ki, bunu Türkiyənin Çərkəz
Agentliyi İctimai Hərəkatının üzvü Anjelika Toktamış-Ceyişakar
Şuşada “Mədəni və Etnik müxtəliflik: tarixin dərsləri, müasir
çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində
təşkil olunan “Müstəmləkəçiliyin müasir formaları: xalqlara faciə,
köləlik və iztirab gətirən hərəkətlər” mövzusunda panel
müzakirəsində bildirib.
“Tarixdə böyük ağrılar yaşamış xalqların səsinin eşidilməsi və
onların gələcəyinin müzakirəsi çox qiymətlidir. Çərkəz icmalarının
hədəfi münaqişə deyil. Hədəf ədalət, əməkdaşlıq, iqtisadi rifah,
xalqlar arasında davamlı sülhdür. Keçmişimizi unutmadan gələcəyə
güvənlə baxmaq istəyirik”,-deyə o bildirib.
Qeyd edək ki, Şuşada “Mədəni və etnik müxtəliflik: tarixin
dərsləri, müasir çağırışlar” mövzusunda beynəlxalq konfrans
keçirilir.
Konfrans “Mədəni və Etnik Müxtəliflik Mərkəzi” İctimai Birliyi
tərəfindən “İpək Yolu” Mədəni-Tarixi Araşdırmalar İctimai Birliyi
ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub.
Konfransda Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya,
Almaniya, İsrail, Türkiyə və Gürcüstandan nümayəndələr iştirak
edirlər.

