Şirvanda 34 min manatlıq naqil oğurlanıb, üç nəfər saxlanılıb

Baş səhifə

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən obyektlərin birindən oğurluq etməkdə şübhəli bilinən Mübariz Mütəllimov, Tural Yusifov və Tacir Əliyev saxlanılıblar.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Şirvan Regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu şəxslər obyektdən 34000 manat dəyərində mis naqil oğurlayaraq metal qəbulu məntəqələrinə satıblar.

Faktla bağlı cinayət işi başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir